Tam versiya
Ana səhifə CƏMİYYƏT Bakıda faciə - Bacısını xilas etmək istəyən qadın yanaraq öldü
CƏMİYYƏT

Bakıda faciə - Bacısını xilas etmək istəyən qadın yanaraq öldü


Bakıda qadın faciəvi şəkildə ölüb.

Hadisə Sabunçu rayonunda baş verib.

60 yaşlı İbrahimova Sərvinaz Xəlil qızı oktyabrın 5-də yaşadığı evdə yanıq xəsarətləri alıb. Yaralı Nərimanov rayonundakı Yanıq Mərkəzində müalicə alsa da, oktyabrın 10-da orada dünyasını dəyişib.

Məlumata görə, hadisə olan günü benzin alışaraq yanıb və mərhumun bacısının paltarına keçib. S. İbrahimova da bacısını yanğından xilas etmək istəyib, lakin alov ona da keçib. Nəticədə qadın yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Tam mətni oxu →