Tam versiya
Ana səhifə CƏMİYYƏT BDYPİ: Sürücü məsuliyyətsizliyi növbəti dəfə qəzaya səbəb olub
CƏMİYYƏT

BDYPİ: Sürücü məsuliyyətsizliyi növbəti dəfə qəzaya səbəb olub


Oktyabrın 12-də saat 17 radələrində Bakı-Şamaxı yolunun 85-ci kilometrliyində “VAZ” markalı avtomobillə “Mercedes” markalı avtomobil toqquşub.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Ekologiya.az-a bildirilib ki, hadisə zamanı “VAZ” markalı avtomobilin sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

BDYPİ magistral yollarda qaydalara biganə yanaşmağın sonda ağır yol-nəqliyyat hadisələrinə gətirib çıxaracağını xatırladaraq, sürücüləri bir daha yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırıb.

Paylaş:
Tam mətni oxu →