Ana səhifə›
CƏMİYYƏT
›
Biləsuvar sakinlərindən qanunsuz saxlanılan ov silahları təhvil götürülüb
CƏMİYYƏT
Biləsuvar sakinlərindən qanunsuz saxlanılan ov silahları təhvil götürülüb
Ekologiya
AMP
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər davam etdirilir.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Ekologiya.aza verilən məlumata görə, keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində rayon sakinləri qanunsuz olaraq saxladıqları 2 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.Bu istiqamətdə tədbirlər davam etdirilir.