“Yol hərəkəti haqqında” Qanuna önəmli dəyişikliklər- deputat açıqladı
İclasda çıxış edən deputat Elçin Mirzəbəyli bildirdi ki, müzakirəyə təqdim olunan qanun layihəsində yer alan dəyişikliklərin əsas məqsədi, məlum olduğu kimi son illərdə sürətlə artan mopedlərin, asma mühərrikli velosipedlərin və kiçik elektrik nəqliyyat vasitələrinin hüquqi statusunu müəyyənləşdirmək, onların qeydiyyatı və idarə olunması qaydalarını qanunvericilik səviyyəsində tənzimləməkdir: “Uzun müddət bu nəqliyyat vasitələri ilə bağlı hüquqi çərçivələr qanunvericilikdə dəqiq müəyyən edilmədiyinə görə, nə tam şəkildə mexaniki nəqliyyat vasitəsi, nə də velosiped kimi qəbul olunurdu. Bu isə həm onların dövlət qeydiyyatında, həm də yol hərəkətində iştirak qaydalarında müəyyən boşluqlar yaradırdı. Təklif olunan dəyişikliklər həmin boşluqları aradan qaldırır, moped və oxşar vasitələrin yol hərəkətində iştirakı üçün hüquqi əsas formalaşdırır.
Eyni zamanda bu dəyişikliklər yol hərəkəti təhlükəsizliyinin artırılmasına xidmət edir. Son illərdə, xüsusilə paytaxtda və böyük şəhərlərdə moped və elektrik skuterlərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin artması müşahidə olunur. Yeni tənzimləmələr bu vasitələrin idarə olunması üçün yaş həddinin, sürücülük vəsiqəsi tələbinin, texniki baxış və qeydiyyat mexanizmlərinin müəyyən edilməsini nəzərdə tutur. Bu, həm sürücülərin, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etməyə yönəlib”.
Paylaş:
Tam mətni oxu →