• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Faiq Mütəllimova yeni vəzifə verildi - FOTO

    21

    okt

    Faiq Mütəllimova yeni vəzifə verildi - FOTO

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri vəzifəsindən azad edilib.

    Ekologiya.az qaynarinfo.az-a istinadən xəbər verir ki, Faiq Mütəllimov öz istəyi ilə şöbə müdiri vəzifəsindən ayrılıb.

    O, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəliyinə təyinat alıb.

    Qeyd edək ki, 2013-cü ildən nazirlikdə çalışan Faiq Mütəllimov 2021-ci ildən Ekoloji siyasət şöbəsinin müdiri vəzifəsində çalışırdı.

    Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi sabiq ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevdir.

    Tarix : 21-10-2025, 18:21 | Oxunub: 8 168