Quba rayonunun Talıbqışlaq kəndində ictimai dinləmə keçirilib/FOTO
Vəlvələçayın Quba rayonu ərazisindən keçən hissəsində yerləşən qum-çınqıl faydalı qazıntı yataqlarında aparılan istismar işləri ilə bağlı Quba rayonunun Talıbqışlaq kəndində ictimai dinləmə keçirilib.
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən təşkil olunan ictimai dinləmədə aidiyyəti dövlət qurumlarının və istismarçı şirkətin nümayəndələri, eləcə də kənd sakinləri iştirak edib, mövzu ilə bağlı müzakirələr aparılıb, yerli sakinləri maraqlandıran suallar cavablandırılıb.Ekologiya.az