Ana səhifə›
CƏMİYYƏT
›
Qeyri-sabit hava şəraiti davam edir, bölgələrə qar yağıb - FAKTİKİ HAVA
CƏMİYYƏT
Qeyri-sabit hava şəraiti davam edir, bölgələrə qar yağıb - FAKTİKİ HAVA
Ekologiya
AMP
Yanvarın 22-si saat 17:00-a olan məlumata əsasən ölkədə qeyri-sabit hava şəraiti davam edir.Ekologiya.az xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.Qusar (Ləzə), Qəbələ, Altıağac, Sarıbaş (Qax), Quba, Kişçay (Şəki), Şahdağ, Qrız, Gədəbəy, Daşkəsən, Göygöl, Yardımlı, Lerik, Qobustan, Şamaxıda qar yağıb.Ağdam, Goranboy, Zərdab, Naftalan, Hacıqabul, Şəmkir, Zaqatala, Göyçay, Lənkəran, Yevlax, Şəki, Kürdəmir, Naxçıvan, Şahbuz, Culfa, Astara, Balakən, Ağstafa, Oğuz, Mingəçevir, İsmayıllı, Tərtər, Sabirabad, Beyləqan, Pirallahıda yağış yağıb.Bakıda və Abşeron yarımadasında və bölgələrdə yanvarın 23-də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir.Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti yanvarın 24-ü gündüzədək davam edəcək.