Dəniz sahilində tapılan çox sayda insan cəsədləri ilə bağlı nazirdən təcili AÇIQLAMA/FOTO
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya yanvarın 17-dən Antalya və Muğlada sahilə çıxan 9 cəsədlə bağlı açıqlama verib.
Ekologiya.az "Haberler.com"a istinadən xəbər verir ki, nazir cəsədlərdən birinin bir müddət əvvəl yoxa çıxan Mərvə Şəvval Elmasa aid olduğunu bildirib.
Onun sözlərinə görə, digər 8 cəsədin üzərindəki paltarların Suriyada istehsal olunduğu müəyyən edilib:
"Keçən ay Livan və Suriya arasındakı sahil bölgəsindən təxminən 90 nəfəri daşıyan bir qayığın Kiprə doğru hərəkət etdiyi, saatlar sonra qayıqla əlaqənin kəsildiyi müəyyən edilib".
Paylaş:
Tam mətni oxu →