SON DƏQİQƏ: Quru sərhədlərin açılması ilə bağlı MÜHÜM AÇIQLAMA -
“Karantin rejiminin uzadılması o deməkdir ki, quru sərhədlərin açılması hazırda gündəmdə deyil. Düşünürəm ki, ilin sonunda məsələyə daha çox aydınlıq gələcək. Amma indiki şəraitdə sərhədlərin açılması mümkünsüz görünür.”
“Bununla bağlı xəbərlərə rast gəlinir. Ölkə daxilində agentura şəbəkəsinə aid bəzi şəxslərin həbsləri həyata keçirilir və bu prosesin davam edəcəyi bildirilir. Bu isə hökumətə sərhədlərin açılmasını bir müddət də ertələməsi üçün əsas verir.”
“Quru sərhədlərin açılması çox mühümdür. İnsanlarda artıq immunitet formalaşıb və sərhədlərin bağlı qalmasına müəyyən qədər öyrəşiblər. Amma istənilən halda bir ölkənin quru sərhədlərinin uzun müddət bağlı qalması yaxşı hal deyil. Xüsusilə də qonşu Gürcüstanla sərhədlərin bağlı qalması sadə vətəndaşların cibinə birbaşa təsir edir.”