Tam versiya
Ana səhifə CƏMİYYƏT "Şamaxinka"da keçidi yolu ilə bağlı SAKİNLƏRDƏN NARAZILIQ/VİDEO
CƏMİYYƏT

"Şamaxinka"da keçidi yolu ilə bağlı SAKİNLƏRDƏN NARAZILIQ/VİDEO


Yerüstü Nəqliyyat Agentliyi Moskva prospektinin Şamaxinka adlanan hissəsində nəqliyyatın hərəkətinin təşkilində bir sıra dəyişikliklər həyata keçirəcək.

Ekologiya.az Baku TV-yə istinadla bildirir ki, dəyişikliklər çərçivəsində ərazidə yeni işıqforun quraşdırılması da planlaşdırılır.

Bununla yanaşı, sakinlər həmin ərazidə uzun müddətdir problem yaradan yerüstü piyada keçidindən narazılıq edirlər.

Məlumata görə, piyada keçidi quraşdırılmamışdan əvvəl vətəndaşlar eyni səviyyəli keçiddən istifadə edərək yolu daha rahat və maneəsiz keçə bilirdilər.

Həmçinin yerüstü keçid istifadəyə verildikdən sonra yolun qarşı tərəfinə keçmək çətinlik yaradıb.

Sakinlər hesab edir ki, piyada hərəkətinin təhlükəsiz və əlçatan təşkili üçün ərazidə əlavə tədbirlərin görülməsinə ehtiyac var.



Paylaş:
Tam mətni oxu →