Tam versiya
Ana səhifə CƏMİYYƏT Azərbaycanda bayram günlərində zəhərlənənlərin sayı açıqlanıb
CƏMİYYƏT

Azərbaycanda bayram günlərində zəhərlənənlərin sayı açıqlanıb


Bayram tətili günlərində (dekabrın 31-dən yanvarın 5-dək) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 13 müraciət daxil olub.

Bu barədə Ekologiya.az-a KTM-dən məlumat verilib.

Bildirilib ki, müraciət edənlərdən dördü dərman, biri siçan dərmanı (rodensit), biri dəm qazı, biri yandırıcı məhlul, altısı isə sirkə turşusundan zəhərlənən şəxslərdir.

Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

Ölüm faktı qeydə alınmayıb.

Paylaş:
Tam mətni oxu →