Baş prokuror paytaxtın Pirallahı rayonunda vətəndaşları qəbul edəcək
Prezident İlham Əliyevin tapşırığı və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun və hüquqlarının qorunmasının təmin edilməsi, həmçinin bu sahədə səmərəliliyin artırılması məqsədilə Baş prokuror Kamran Əliyev yanvarın 9-da saat 10:00-da Pirallahı rayon prokurorluğunun inzibati binasında paytaxtın Pirallahı və Xəzər rayonlarının hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların qəbulunu keçirəcək.