İlham Əliyevin müsahibəsindən çıxan nəticələr-Azərbaycanın gələcək yol xəritəsi...
Bu müsahibə bir daha göstərdi ki, Azərbaycan regional proseslərin passiv izləyicisi deyil, aktiv formalaşdırıcısıdır. Dövlət başçısının səsləndirdiyi fikirlər sülh gündəmi, təhlükəsizlik və milli maraqlar kontekstində mühüm siyasi mesajlar daşıdı. Cənab Prezident cəmiyyət üçün aktual olan bir sıra suallara cavab verərək, Azərbaycanın gələcək yol xəritəsini və regional reallıqlara baxışını ortaya qoydu.
“Bu müsahibələrdə səsləndirilən fikirlər uzunmüddətli dövlət strategiyasının, milli maraqlara əsaslanan praqmatik və suveren siyasət modelinin ifadəsidir. Möhtərəm Cənab Prezidentin hər ilin yekunları ərəfəsində yerli mediaya sistemli şəkildə müsahibə verməsi siyasi kommunikasiya baxımından təsadüfi addım deyil. Bu, Prezident–xalq münasibətlərində institusional şəffaflığın təmin olunması, ictimai hesabatlılıq mexanizminin işlək vəziyyətdə saxlanılması və siyasi legitimliyin möhkəmləndirilməsi baxımından son dərəcə əhəmiyyətli addımdır. Dövlət başçısı birbaşa ictimaiyyətə müraciət etməklə gələcək mərhələlər üzrə prioritetləri açıq şəkildə bəyan edir. Bu yanaşma rasional və məsuliyyətli idarəetmə fəlsəfəsinin bariz nümunəsidir. Müsahibədə qlobal və regional geosiyasi proseslərin təhlili xüsusi diqqət çəkir. Möhtərəm Cənab Prezident İlham Əliyev beynəlxalq münasibətlər sistemində baş verən transformasiyaları real güc balansları, maraqların toqquşması və yeni təhlükəsizlik arxitekturasının formalaşması kontekstində qiymətləndirir. Qlobal miqyasda çoxqütblü dünyanın formalaşması, beynəlxalq hüququn selektiv tətbiqi, regional münaqişələrin dərinləşməsi və enerji-geosiyasət əlaqələrinin güclənməsi kimi fundamental proseslər Cənab Prezidentin təhlilində ardıcıl və məntiqli şəkildə izah olunur. Təcrübə göstərir ki, Cənab Prezidentin vaxtilə səsləndirdiyi mövqelər sonradan beynəlxalq proseslərin real inkişafı fonunda öz təsdiqini tapır ki, bu da onun strateji öncəgörmə qabiliyyətinin göstəricisidir”.
Paylaş:
Tam mətni oxu →