Tam versiya
Ana səhifə CƏMİYYƏT Bu tarixdə milli parklarda “açıq qapı” günü olacaq
CƏMİYYƏT

Bu tarixdə milli parklarda “açıq qapı” günü olacaq


Ümumdünya Qoruqlar və Milli Parklar Günü ilə əlaqədar 11 yanvar tarixində Azərbaycanın milli parklarında “açıq qapı” günü olacaq

11 yanvar - Ümumdünya Qoruqlar və Milli Parklar Günü Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən hər il qeyd olunur. 

Bu günün əsas məqsədi milli parklar və dövlət təbiət qoruqlarının biomüxtəlifliyin mühafizəsi, təbii ekosistemlərin qorunması və ekoloji tarazlığın təmin olunmasındakı əvəzsiz rolunu vurğulamaq, eyni zamanda cəmiyyətin ətraf mühitə məsuliyyətli münasibətini təşviq etməkdir.

“Açıq qapı” günündə ziyarətçilər Azərbaycanın müxtəlif bölgələrində yerləşən milli parklara gəlməklə burada füsunkar təbiət ərazilərindən zövq ala və səmərəli gün keçirə bilərlər.

Paylaş:
Tam mətni oxu →