Qusarda avtomobil məktəbliləri vurub, xəsarət alanlar var
Qusar şəhərində məktəblilərin vurulması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.
Ekologiya.az bildirir ki, "Report"un Şimal bürosunun məlumatına görə, hadisə 2 nömrəli məktəbin qarşısında baş verib.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən iki məktəblini vurub.
Hadisə nəticəsində 2009-cu il təvəllüdlü E.Piriyeva və 2010-cu il təvəllüdlü A.Vəlixanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
Paylaş:
Tam mətni oxu →