CƏMİYYƏT
Dünya Ekoloji Təhsil Günü ərəfəsində ibtidai sinif şagirdləri ilə maarifləndirici görüş keçirilib
Dünya Ekoloji Təhsil Günü ərəfəsində növbəti maarifləndirici görüş keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhəri 132-134 nömrəli təhsil kompleksinin ibtidai sinif şagirdləri ilə “Dayanıqlı gələcək üçün maariflənmə” devizi altında görüş keçirilib.
Görüş çərçivəsində uşaqlara BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, ölkə ərazisində yerləşən xüsusi mühafizə olunan təbiət əraziləri, ölkənin biomüxtəlifliyi, həmçinin ölkəmizə xas balıq növləri, su bioresurslarının artırılması, yetişdirilməsi, bərpası və mühafizəsi ilə bağlı görülən işlər barədə məlumatlar verilib, şagirdlərin sualları cavablandırılıb.