Ana səhifə›
CƏMİYYƏT
›
Bakının ən bahalı küçələri açıqlandı - Evin 1 kvadratı 17 min manat…
CƏMİYYƏT
Bakının ən bahalı küçələri açıqlandı - Evin 1 kvadratı 17 min manat…
Ekologiya
AMP
Bakıda mənzillərin kvadratmetr qiymətinə görə ən bahalı küçələrin siyahısı müəyyənləşib. Ekologiya.az xəbər verir ki, bu barədə "AZXEBER"-ə açıqlamasında Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc məlumat verib.Onun sözlərinə görə, paytaxtın mərkəzi hissələrində yerləşən küçələr daşınmaz əmlak bazarında ən yüksək qiymət göstəricilərinə malikdir:"Hazırda Bakıda ən bahalı ünvan Nəsimi rayonu, Neftçilər prospektidir. Burada mənzillərin kvadratmetr qiyməti 17 550 manata qədər yüksəlir. Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində isə bu rəqəm 14 685 manat təşkil edir. Ümumilikdə şəhərin mərkəzində yerləşən prestijli ərazilər qiymət baxımından liderliyini qoruyur”, – deyə Vüqar Oruc bildirib.Məlumata görə, paytaxtda ən yüksək qiymət qeydə alınan ünvanlar arasında aşağıdakı küçələr yer alır:Nəsimi rayonu, Neftçilər prospekti - 17 550 manatSəbail rayonu, Üzeyir Hacıbəyli küçəsi - 14 685 manatAğ Şəhər, Yaşıl Ada 1 - 8 250 manatYasamal rayonu, İzmir küçəsi - 7 955 manatSəbail rayonu, Qurban Abbasov küçəsi - 7 325 manatSəbail rayonu, Mikayıl Hüseynov küçəsi - 6 940 manatSəbail rayonu, İstiqlaliyyət küçəsi - 5 580 manatYasamal rayonu, Şıxəli Mehdiyev küçəsi - 5 140 manatSəbail rayonu, Mehdi Hüseyn küçəsi - 4 970 manatXətai rayonu, 2-ci Fəvvarələr küçəsi - 4 920 manatSəbail rayonu, Əziz Əliyev küçəsi - 4 510 manatSəbail rayonu, Əhməd Cavad küçəsi - 4 490 manatXətai rayonu, 8 Noyabr prospekti - 4 400 manatSəbail rayonu, Azadlıq prospekti - 4 260 manatSəbail rayonu, Əbdülkərim Əlizadə küçəsi - 4 250 manatSəbail rayonu, Neftçi Qurban Abbasov küçəsi - 4 200 manatNəsimi rayonu, Hənifə Ələsgərova küçəsi - 4 175 manatSəbail rayonu, Böyük Qala küçəsi - 4 160 manatEkspert qeyd edib ki, qiymətlərin bu qədər yüksək olması həmin ərazilərin mərkəzə yaxınlığı, inkişaf etmiş infrastrukturu və premium tipli yaşayış komplekslərinin çoxluğu ilə bağlıdır:"Bu küçələrdə yerləşən mənzillərə tələb yüksək olduğu üçün qiymətlər də daim artım meylini qoruyur”, – deyə Vüqar Oruc əlavə edib.Sonda qeyd edək ki, Bakı daşınmaz əmlak bazarında ən bahalı mənzillər ənənəvi olaraq Səbail, Nəsimi və Yasamal rayonlarında cəmləşməkdə davam edir.