Tam versiya
Ana səhifə CƏMİYYƏT Xızıda əvvəllər məhkum olunmuş şəxslərdən “Kalaşnikov” avtomatı və yarım kiloqrama yaxın marixuana götürülüb
CƏMİYYƏT

Xızıda əvvəllər məhkum olunmuş şəxslərdən “Kalaşnikov” avtomatı və yarım kiloqrama yaxın marixuana götürülüb


Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Mehman Axundov saxlanılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Ekologiya.az-a verilən məlumata görə, həmin şəxsin üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 21 ədəd güllə aşkar edilərək götürülüb.


Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini, əvvəllər məhkum edilmiş Mehrab Həmidli saxlanılıb.


Həmin şəxsin üzərindən yarım kiloqrama yaxın (470 qram) marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Xızı RPŞ-də hər iki şəxs barəsində cinayət işi başlanılıb.

Paylaş:
Tam mətni oxu →