Ekologiya Nazirliyində ən yüksək vəzifəli xanım məmur - DOSYE +FOTO
Ölkəmizdə mühüm vəzifə tutan xanım mamurlarla bağlı maraqlı məqamların təqdimatlarını davam etdiririk.
Bu dəfə təqdim etdiyimiz şəxs Ekologiya Nazirliyinin ən yüksək vəzifəli xanımı barədədir.
Umayra Tağıyeva 03 aprel 1968-ci il təvəllüdlüdür. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 1994-1997-ci illərdə AMEA Coğrafiya institutunun aspirantı olub. 1990-1992-ci illərdə Dövlət Hidrometeorologiya Komitəsi, sinoptik, mühəndis; 1993-2001-ci illərdə Hidrometeorologiya Xidməti, şöbə rəisi; 2001-2015-ci illərdə ETSN, Milli Hidrometeorologiya Departamenti, Hidrometeoroloji Proqnozlar bürosu, direktor; 2015-2018 AMEA Coğrafiya institununun aqro-iqlimşünaslıq Şöbəsi, aparıcı elmi işçi; 2018-ci il ETSN, Ekoloji Təbliğat Şöbəsi, müdir; Milli Hidrometeorologiya Departamentinin direktoru vəzifəsində işləyib.
2020-2023-cü il tarixlərində Milli Hidrometeorologiya Xidmətinin rəisi vəzifəsində işləyib.
04.03.2023-cü il tarixindən ekologiya və təbii sərvətlər nazirinin müavinidir.
Coğrafiya üzrə fəlsəfə doktorudur. 46 elmi məqalənin müəllifi, 5 kitabda həmmüəllifdir.
22 may 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub. 22 may 2009-cu ildə isə “Əməkdar mühəndis” fəxri adı verilib. 2023-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunub. Oxu24.com