Tam versiya
Ana səhifə CƏMİYYƏT Bakının mərkəzi yaşayış binasında güclü yanğın, vətəndaşlar təxliyə olunur
CƏMİYYƏT

Bakının mərkəzi yaşayış binasında güclü yanğın, vətəndaşlar təxliyə olunur

Bakıda baş verən yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

DİN-in Mətbuat XidmətindənEkologiya.az-a bildirilib ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.Musavat.com

Paylaş:
Tam mətni oxu →