Ana səhifə›
CƏMİYYƏT
›
Qızılca və Hepatit A virusu ilə bağlı Səhiyyə Nazirliyindən - AÇIQLAMA
CƏMİYYƏT
Qızılca və Hepatit A virusu ilə bağlı Səhiyyə Nazirliyindən - AÇIQLAMA
Ekologiya
AMP
Hazırda Azərbaycanda qızılca və Hepatit A virusu üzrə epidemioloji vəziyyət stabildir.Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.Qeyd olunub ki, müraciət sayında artım qeydə alınmır:“Hazırda ölkə ərazisində qızılca və Hepatit A xəstəliyinə qarşı əks-epidemik tədbirlərin aparılması davam etdirilir. Qızılca xəstəliyinə qarşı həm planlı, həm də peyvənddən kənarda qalan uşaqlar arasında peyvənd işinə nəzarət gücləndirilib, böyük əhali arasında da peyvəndləmə işləri davam etdirilir”.