Tam versiya
Ana səhifə CƏMİYYƏT Vilayət Eyvazov martın 2-də Yevlax rayonunda sıra baxışı keçiriləcək, vətəndaşları qəbul edəcək
CƏMİYYƏT

Vilayət Eyvazov martın 2-də Yevlax rayonunda sıra baxışı keçiriləcək, vətəndaşları qəbul edəcək



 Ekologiya.az-ın xəbərinə görə, Yevlax Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda Yevlax, Mingəçevir, Ağdaş, Ucar və Kürdəmir rayonlarının sakinləri iştirak edə bilərlər. 

Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 01.03.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin "E-Polis" mobil tətbiqi,  e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

 Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı martın 2-də 08:00-da Yevlax Olimpiya İdman Kompleksində keçiriləcək.
 Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
Paylaş:
Tam mətni oxu →