"Dağıdıcı zəlzələ olacaq"?- "Allah köməyiniz olsun": Məşhur seysmoloqdan AÇIQLAMA
Ekologiya.az bildirir ki, seysmoloq Prof. Dr. Naci Görür
“Xüsusilə zaman baxımından bunu bilmək mümkün deyil. Bu, tektonik lövhələrin hərəkətləri ilə əlaqəli hadisədir. Bizdə bəzən 5 min, 10 min, 20 min zəlzələ baş verir. 4 baldan kiçik zəlzələlərin sayı bəzən on minləri, minləri keçir. Ona baxıb "burada zəlzələ çox olur, sonra böyük zəlzələ olacaq" demək mümkün deyil. Bunun üçün geofiziki araşdırmalar aparmaq lazımdır. Məsələn, hansı fayın keçdiyini araşdırmaq, sürtünmə olan yerdə yığılan gərginliyi ölçmək və qiymətləndirmək lazımdır. Sadə dillə desək, elmi araşdırma olmadan "üç gün sonra zəlzələ olacaq, beş gün sonra olacaq-olmacaq" kimi fikirlər doğru deyil. Bu, elmi baxımdan əsaslı deyil. Bəzi kiçik zəlzələlər də olur və çox sayda baş verə bilər. Daha böyük zəlzələdən sonra artçı zəlzələlər də baş verə bilər. Bəzən isə kiçik zəlzələlər böyük zəlzələdən əvvəl baş verə bilər. Amma onlara baxaraq böyük zəlzələnin gələcəyini proqnozlaşdırmaq çətin olur. Buna baxaraq konkret bir zaman söyləmək mümkün deyil. Ona görə də, böyük zəlzələ ola da bilər, olmaya da bilər. Allah köməyiniz olsun”.