Şagirdlər “ETSN-də bir gün” layihəsi çərçivəsində Nazirliyin qonağı olublar
“ETSN-də bir gün” layihəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyində məktəblilərlə keçirilən görüşlər davam edir. Növbəti belə görüş zamanı Evrika liseyinin şagirdləri nazirlikdə qonaq olub, ölkəmizin təbii sərvətləri və ətraf mühitin mühafizəsi istiqamətində görülən işlərlə tanış olublar.