Tam versiya
Ana səhifə CƏMİYYƏT Böyük Qayıdış proqramı çərçivəsində ekoloji maarifləndirici görüşlər keçirilib - FOTO
CƏMİYYƏT

Böyük Qayıdış proqramı çərçivəsində ekoloji maarifləndirici görüşlər keçirilib - FOTO



Ekologiya.az bildirir ki, görüşlərdə şagirdlərə ətraf mühitin qorunmasının əhəmiyyəti, təbii ehtiyatlardan səmərəli və məsuliyyətli istifadə, tullantıların düzgün idarə olunması və biomüxtəlifliyin qorunması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verilib. Tədbir zamanı məktəblilərin ekoloji bilik və bacarıqlarının artırılması, onların ətraf mühitin qorunmasına fəal şəkildə cəlb edilməsi məqsədilə fikir mübadiləsi aparılıb, şagirdlərin sualları cavablandırılıb. 
Görüşlərin əsas məqsədi məktəblilərdə təbiətə qayğı, ekoloji məsuliyyət və davamlı ekoloji davranış vərdişlərinin formalaşdırılmasına və onları ətraf mühitin qorunmasına təşviq etməkdir.

Paylaş:
Tam mətni oxu →