Tam versiya
Ana səhifə CƏMİYYƏT Nazirliyin vəzifəli şəxsi içkili halda saxlanıldı: "ABŞ-dən qonağım gəlmişdi" deyən məmura protokol tərtib edildi
CƏMİYYƏT

Nazirliyin vəzifəli şəxsi içkili halda saxlanıldı: "ABŞ-dən qonağım gəlmişdi" deyən məmura protokol tərtib edildi


Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi içkili halda avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb.

Ekologiya.az  xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, saxlanılan şəxs X.M. 1986-cı ildə Biləsuvar şəhərində anadan olub, ali təhsillidir və Səhiyyə Nazirliyində şöbə müdirinin müavini vəzifəsində çalışır.

Belə ki, məmur içkili halda “Mercedes Benz S350” minik markalı, “XU” seriyalı avtomobillə saxlanılıb, barəsində protokol tərtib edilib və iş məhkəməyə göndərilib.


 
Məhkəmədə nazirlik əməkdaşı protokolda göstərilən halların doğruluğunu etiraf edib. Bildirib ki, ABŞ-dən qonaqları gəldiyinə görə spirtli içki qəbul edib. X.M. həkim müayinəsinin nəticəsi ilə razılaşdığını və əməlindən peşman olduğunu deyib.


Paylaş:
Tam mətni oxu →