• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Dələduzluq edən qadın "məmur" SAXLANILDI - FOTO

    10

    mar

    Dələduzluq edən qadın "məmur" SAXLANILDI - FOTO

    Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşları aldadaraq onlayn yolla onların maddi vəsaitini ələ keçirən 31 yaşlı Xəyalə Kərimova saxlanılıb.

    Bu barədə Ekologiya.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki rəgional qrupundan məlumat verilib.

    O, zərərçəkmişlərə özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edib və əvvəlcədən ödəniş etmələri müqabilində həmin şəxsləri sosial müavinət, eləcə də güzəştli mənzillə təmin edəcəyinə dair yalan vədlər verib. Bu üsulla X.Kərimova 8 min manatdan artıq pul əldə edib.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

    Attachment

    Tarix : 10-03-2026, 16:10 | Oxunub: 1 248