CƏMİYYƏT Bu rayonda nə başçı var, nə də müavin 10-03-2026, 17:40 Ekologiya AMP Xəbər verdiyimiz kimi, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bu il yanvar ayının 30-da Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib. Hazırda onu birinci müavini Emil Abbasov əvəz edir.Ekologiya.az bildirir ki, Metbuat.az-ın məlumatına görə, hazırda Qaradağda icra hakimiyyətinin başçısı postu ilə yanaşı bir neçə məsul vəzifə də vakantdır. Vakant yerləri təqdim edirik:- Başçının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri - Vakant- Başçının müavini - Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdiri - Vakant- Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoru, şöbə müdirinin müavini - sektor müdiri (baş memar) - Vakant- Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoru, böyük məsləhətçi - Vakant- Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsi, şöbə müdiri - Vakant- İctimai-siyasi və humanitar məsələlər sektoru, sektor müdiri - VakantQeyd edək ki, Qaradağ rayonu Bakının cənubunda yerləşir. Rayon əhalisinin sayı 123 600 nəfərdir. Paylaş: Tam mətni oxu →