• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Xəstələri 60 manata əl enerjisi ilə "müalicə edən həkim" SAXLANILIB

    12

    mar

    Xəstələri 60 manata əl enerjisi ilə "müalicə edən həkim" SAXLANILIB

    Bakıda “Bİ ES VİP” estetik klinikasında izdihama səbəb olan özbək “həkim” polis əməkdaşları tərəfindən saxlanılıb.


    Qeyd edək ki, Bakıda yerləşən “Bİ ES VİP” estetik klinikasında xəstələri əl enerjisi ilə "müalicə edən", özbək əsilli, “Bionurun sahibi” kimi tanınan İqbol Soliyev adlı “həkim”in qəbul keçirməsi izdihama səbəb olub.

    Bioenerji və ya enerji terapiyası ilə məşğul olduğunu qeyd edən "həkim" bir xəstəni 60 manata qəbul edib. İqbol Soliyevin qəbuluna çox sayda xəstənin gəldiyi bildirilir.

    Klinikdan Qaynarinfo-ya verilən məlumata görə, İqbol Soliyev sözügedən tibb müəssisəsinin əməkdaşı deyil. O, ikigünlük qəbul keçirib və bundan sonra klinikadan ayrılıb.

    Məlumata görə, İqbol Soliyev vətəni Özbəkistanda xalq təbabəti ilə bağlı qanunvericliyi pozduğuna görə 15 sutka həbs edilib.


    Tarix : 12-03-2026, 09:20 | Oxunub: 968