"İdeal" MTK-dan qanunsuzluq - Xırdalanda aparılan sənətsiz artırmaya Şəhərsalma, FHN və icra şərikdir!?/FOTO
Ekologiya.az xəbər verir ki, İH-nın xeyir-duası ilə qanunsuz tikintilərdən biri də Xırdalanda yaşanır və burda qanunvericiliyin tələbləri kobud şəkildə pozulub deyə iddia olunub.
Daxil olan məlumatda bildirilir ki, İH-lə danışılımış bir sıra tikintilərdə qara, para işlərini həyata keçirən "İdeal" MTK-da qanunsuzluqlar bitmək bilmir.
İddia olunan ərazidə yəni, Xırdalanada aparılan tikintilərinin əksəriyyətində ciddi qanun pozuntularlı aşkarlanıb. Sözü geden MTK-nın tikintisini aparan şirkət istəyinə uyğun tikintinin lahiyəsini Şəhərsalma və FHN-dən icazəsi olmadan bildiyi kimi bəzi müdaxilər edərək qanunsuz tikinti işini davam etdirir və yenə də göz yumulur.
Mənbə onu da əlavə edib ki, bunlar azmış kimi tikinti aparan şirkətin özbaşınalıqları bununla bitmir.Üzərinə öhdəliklər götürən şirkət fəhlələrinin təhlükəsizliyi ilə yanaşı, tikinti aparılan binanın ətrafından keçən sakinlərin təhlükəsizliyini də sual altında qoyur. Yəni, şirkət fəhlələri dəbilqəsiz işlədir, heç bir həhlükəsizlik qaydalarına riayyət olunmur, lakin Fövqəladə Hallar Nazirliyinin rayonda olan cvabdeh vəzifəliləri də bu qanunsuzluğa göz yumur. FHN-nin həmin vəzifəlisi qanunsuzluğa belə şərik olması birbaşa vəzifədən sui-istifadə halını ortaya qoyur.
Bu baxımdan da "İdeal" MTK Tikinti Şirkətinin rəhbəri Abşeron rayonun Xırdalan şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan prospektdə, tikintisi yekunllaşmaqda olan binanın dam örtüyünə bilərəkdən müdaxilə edərək "mansard" tipli tikili tikintisi aparması qanuna görə, qeyri-qanuni sayılır. Cavabden qrumlar isə mütləq bu özbaşınalığın qarşısını almalıdırlar...!
Bu mövzu ilə araşdırmamız davam edir, qarşı tərəfin münasibət bildirmək haqı var.