CƏMİYYƏT Bu tarixdən metroda bunu etməyin - 30 manat cərimələnəcəksiz! 17-03-2026, 10:04 Ekologiya AMP İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, aprelin 1-dən Bakı metropoliteninin stansiyalarında və qatarlarda elektron siqaretlərdən istifadə qadağası qüvvəyə minir.Ekologiya.az xəbər verir ki, qaydaya əməl etməyənlər 30 manat cərimə olunacaqlar.Metropoliten rəhbərliyi sərnişinlərə müraciət edib: “Unutmayın ki, qaydalar hər bir sərnişinin sağlamlığı və rahatlığı üçün nəzərdə tutulub. Gəlin ictimai nəqliyyatda sağlam mühiti birlikdə qoruyaq. Daha rahat səfər üçün qaydalara riayət edək”. Paylaş: Tam mətni oxu →