• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Polis azyaşlıların və yanğında çarəsiz qalan insanları belə xilas etdi - Video

    17

    mar

    Polis azyaşlıların və yanğında çarəsiz qalan insanları belə xilas etdi - Video

    Polis əməkdaşları yanğın vaxtı evdə köməksiz vəziyyətdə qalan sakinləri xilas edib.

    Ekologiya.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev polisin ekstremal şəraitdəki xilasetmə fəaliyyətini göstərən görüntülərini paylaşıb.

    Videoda polislərin aralarında azyaşlıların da olduğu sakinləri təhlükədən xilas etdikləri anlar əks olunub.

    Qeyd edək ki, bu gün Xətai rayonundakı çoxmərtəbəli yaşayış binalarından birində yanğın olub. Hadisə zamanı 7 nəfər (5 böyük, 2 uşaq) tüstüdən zəhərlənmə diaqnozu ilə Toksikologiya Mərkəzinə hospitalizasiya edilib.

    Polisin hadisədən xilasetmə görüntülərini təqdim edirik:

    Tarix : 17-03-2026, 15:34 | Oxunub: 928