Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə ixtisas attestatının verilməsi məqsədilə imtahan keçiriləcək
Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiriciyə ixtisas attestatının verilməsi məqsədilə imtahan keçiriləcək
9 fevral 2024-cü il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin ixtisas attestatının forması və attestatın verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya onun ləğv edilməsi, eləcə də ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin və ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi” Qaydasının tələblərinə uyğun olaraq ixtisas attestatının verilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında imtahan keçiriləcək.