Tam versiya
Ana səhifə CƏMİYYƏT Kürdəmirdə magistral su boru kəməri partladı, 8 400 abonent susuz qaldı
CƏMİYYƏT

Kürdəmirdə magistral su boru kəməri partladı, 8 400 abonent susuz qaldı


Kürdəmirdə magistral su boru kəməri partlayıb, 8 400 abonent susuz qalıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Külüllü-Kürdəmir magistral su xəttinin 30-cı km-də, rayonun Qaraqocalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, diametri 500 mm olan boru partlayıb. Hadisə yerinə aidiyyəti qurumun canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.

Xatırladaq ki, Külüllü-Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayonun ümumilikdə 8 400 abonentini içməli su ilə təmin edir.

Paylaş:
Tam mətni oxu →