CƏMİYYƏT
Tələbələr Milli Hidrometeorologiya Xidmətinə səfər edib
Azərbaycan Tibb Universitetinin İctimai səhiyyə fakültəsinin tələbələri üçün Milli Hidrometeorologiya Xidmətində təlim və ekskursiyalar təşkil edilib.
Silsilə xarakter daşıyan və mərhələli şəkildə həyata keçirilən tədbirlər çərçivəsində Xidmətin mütəxəssisləri tələbələrə qurumun əsas fəaliyyət istiqamətləri, həyata keçirilən işlər və icra olunan layihələr barədə ətraflı məlumat veriblər.