Tam versiya
Ana səhifə CƏMİYYƏT Bakının bir sıra yollarında sürət həddi endirilib
CƏMİYYƏT

Bakının bir sıra yollarında sürət həddi endirilib


Hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirilib, portallarda "sürüşkən yol" işarəsi aktivləşdirilib.

Bu barədə Ekologiya.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Hazırda hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan körpüsünə qədər olan yolda isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Paylaş:
Tam mətni oxu →