Tam versiya
Ana səhifə CƏMİYYƏT Zakir Fərəcov Memarlıq və Şəhərsalma idarəsinin rəisini vəzifəsindən azad etdi
CƏMİYYƏT

Zakir Fərəcov Memarlıq və Şəhərsalma idarəsinin rəisini vəzifəsindən azad etdi


Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Memarlıq və Şəhərsalma idarəsinin rəisini vəzifəsindən azad edib.

Ekologiya.az  "Unikal"a istinadən xəbər verir ki, Rəşad Əhmədəliyev ərizəsi alınaraq işdən çıxarılıb. Onun işdən çıxarılmasına çoxsaylı şikayətlərin səbəb olduğu bildirilir.

Belə ki, Rəşad Əhmədəliyev şəhid ailələrini, qaziləri və digər sakinləri vaxtlı-vaxtında qəbul etmir, onların problemlərini həll etməkdən yayınırmış. Onun şəhərdə qeyri-qanuni tikintilərin aparılmasına icazə verilməsində də rolu olub.

Qeyd edək ki, mediada Rəşad Əhmədəliyevin çoxsaylı avtomobilləri və obyektləri olması barədə də məlumat yayılmışdı.

Paylaş:
Tam mətni oxu →