Bu gün Qızılağac, Şirvan, Abşeron və Ağgöl milli parklarında “Açıq qapı” günü olacaq
2 fevral - Ümumdünya Su-Bataqlıq Əraziləri Günü ilə əlaqədar Qızılağac, Şirvan, Abşeron və Ağgöl milli parklarında “Açıq qapı” günü olacaq.
Ekologiya.az-a bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, su-bataqlıq ərazilərindən səmərəli istifadə edilməsi və bu ərazilərin qorunması məqsədilə 1971-ci il fevralın 2-də İranın Ramsar şəhərində su-bataqlıq əraziləri haqqında Konvensiya imzalanıb və həmin gündən etibarən hər il 2 fevral Ümumdünya Su-Bataqlıq Əraziləri Günü kimi qeyd olunur.
Respublikamızda sahəsi 200 min hektardan artıq su-bataqlıq ərazisi mövcuddur. Azərbaycanda Ağgöl və Qızılağac milli parklarının ərazisi mühüm su-bataqlıq əraziləri kimi “Ramsar” Konvensiyanın siyahısına daxil edilib.