Tam versiya
Ana səhifə CƏMİYYƏT Masallıda qanunsuz ov edən şəxslər saxlanılıb
CƏMİYYƏT

Masallıda qanunsuz ov edən şəxslər saxlanılıb


Masallı rayonunda qanunsuz ov edən şəxslər saxlanılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Ekologiya.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov üçün təyin edilməyən yerdə Cəlilabad rayon sakinləri R.Rəhimov, F.Mirzəcanov, T.Rəhimov və S.Məmmədovun qanunsuz ov etdikləri müəyyən edilib.


Onlardan 4 ədəd müxtəlif markalı ov tüfəngi, ov zamanı istifadə olunan müxtəlif alət və avadanlıqlar, o cümlədən qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.


Fakt üzrə Masallı RPŞ-də müvafiq araşdırmalar aparılır.

Paylaş:
Tam mətni oxu →