Bakıdan başladı, bütün ölkədə quraşdırılır — Artıq gizlənmək mümkün olmayacaq
Ekologiya.az əsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov
O deyib ki, bu proses artıq bizim ölkəmizdə də gedir:
“Ağıllı radarlar və ağıllı svetoforların quraşdırılması hazırda həyata keçirilir. Bu proses Bakı şəhərindən başlayıb, lakin getdikcə bütün bölgələri əhatə edəcək. Eyni zamanda ölkənin müxtəlif yollarında artıq təhlükəsizlik kəmərinin taxılmamasını qeydə alan xüsusi kameralar da quraşdırılıb. Bu mövcuddur və sürücülər bunu bilməlidirlər. Belə müasir texniki vasitələr qəzaların qarşısını almağa kömək edir. Yəni qayda pozuntuları öncədən qeydə alınır və tənbeh olaraq sürücüyə cərimə tətbiq edilir. Bu isə öz növbəsində çəkindirici mexanizm rolunu oynayır”.
Texnologiyanın imkanları təkcə kəmər və ya telefonla məhdudlaşmır. Yaxın gələcəkdə bu sistemlərin sürücünün yorğunluq dərəcəsini, diqqətinin yayınmasını və hətta avtomobilin hərəkət trayektoriyasındakı qeyri-adiliyi müəyyən etməsi gözlənilir. Belə sistemlərin tətbiqi insan amilindən qaynaqlanan səhvləri minimuma endirir. Avtomatlaşdırılmış nəzarət sürücülərdə hər an izlənildiyi hissini formalaşdıraraq onları daha məsuliyyətli davranmağa sövq edir. Bu isə həm sürücülərin, həm də piyadaların təhlükəsizliyi üçün ən effektiv yollardan biri hesab olunur. Nəticə etibarilə rəqəmsal nəzarətin güclənməsi yollarda nizam-intizamı təmin etməklə yanaşı ölüm və xəsarət statistikasının kəskin azalmasına gətirib çıxaracaq.
Hazırda paytaxt küçələrində sınaqdan keçirilən bu yeniliklərin yaxın illərdə respublikanın bütün magistral yollarında standart hala çevrilməsi planlaşdırılır. Bu, həm də yol polisinə düşən fiziki yükü azaldaraq nəzarəti tamamilə şəffaf və obyektiv müstəviyə keçirəcək.