DETX bu rayonlarda qanunsuz ağac kömürü istehsal edən kömür quyuları aşkarladı
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xudat şəhəri və Xaçmaz, Quba, Ağstafa, Qax, Göygöl, Balakən rayonlarının inzibati ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub.
Ekologiya.az bildirir ki, araşdırma zamanı qanunsuz kömür istehsalı ilə məşğul olan şəxslərin Xudat şəhər sakini Mahir Ağabəyov, Xaçmaz şəhər sakini Kamran Məmmədov, Quba rayonu Alıc kənd sakini Elmar Həbibov, Ağstafa rayonu Köçəsgər kənd sakini Kərəm Mehdiyev, Qax rayonu Qarabaldır kənd sakinləri Bədrəddin Əhmədov, Abbas Muradov, Göygöl rayonu Zurnabad kənd sakinləri Rasim Əliyev, Samir Əliyev, Vicay Bayramov və Balakən rayonu Qaysa kənd sakini Oloxan Qantayev olduğu müəyyən edilib.