Ekologiya.az bildirir ki, nazir əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.
Daha sonra İmişli, Füzuli, Beyləqan, Xocavənd, Saatlı, Sabirabad, Kürdəmir və digər bölgələrdən qəbula gələn 264 vətəndaşın müraciətləri dinlənilib. Müraciətlərin operativ və qanunvericiliyə uyğun həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.
Qaldırılan məsələlərin böyük hissəsi yerində həll olunub, digər müraciətlər isə nəzarətə götürülüb.