Azərbaycanın taleyini dəyişən lider - Heydər Əliyevin siyasi missiyası
Ümummilli liderin dövlətçilik konsepsiyasında hüquqi dövlət və güclü institutların formalaşdırılması xüsusi əhəmiyyət daşıyırdı. Onun rəhbərliyi dövründə Konstitusiyanın qəbul edilməsi, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, qanunvericilik bazasının yaradılması və institusional islahatların həyata keçirilməsi müasir Azərbaycan dövlətinin əsaslarını formalaşdırdı. Bu proseslər ölkədə idarəetmə sabitliyinin təmin olunmasına və dövlət institutlarının möhkəmlənməsinə xidmət etdi.
Onun xarici siyasət kursu da Azərbaycanın milli maraqlarına əsaslanırdı. Balanslaşdırılmış və praqmatik siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini gücləndirdi. Heydər Əliyev ölkənin geosiyasi mövqeyini düzgün qiymətləndirərək Azərbaycanın həm regionda, həm də beynəlxalq müstəvidə strateji əhəmiyyətini artırmağa nail oldu.
Paylaş:
Tam mətni oxu →