“Türk dillərinin ekologiya terminləri lüğəti”nin təqdimatı keçirilib - FOTO
Təqdimatda ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, layihənin elmi rəhbəri Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, layihənin elmi əlaqələndiricisi, Beynəlxalq Türk Akademiyasının eksperti, doktor Aynur Mayemerova, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, AMEA-nın müxbir üzvü Zeynal Əkbərov, professor Elman Yusifov, eyni zamanda digər alim və professorlar iştirak edib.