Azərbaycanın paytaxtı dəyişdirilir? - bu şəhər olacaq
Bəs gələcəkdə Azərbaycanın paytaxtının Lənkərana köçürülməsi real ssenari hesab oluna bilərmi?
“Bakının paytaxt kimi köçürülməsi məsələsi dönəm-dönəm gündəmə gəlir. Amma adətən Yevlax nəzərdə tutulurdu. Son vaxtlar isə Ağdam variantı müzakirə edilirdi. Lakin indiyə qədər Lənkəranın paytaxt kimi təklif olunduğunu görməmişik”.
“Adətən şəhərlərdə sıxlıq yaranır, funksionallıq zəifləyir. Təhlükəsizlik, demoqrafik və idarəetmə məsələləri də paytaxtın dəyişdirilməsinə təsir edən əsas amillərdir.
Azərbaycanın müxtəlif bölgələrində iri inkişaf mərkəzləri formalaşdırmaq daha məqsədəuyğun yanaşma olacaq. Cənub, şimal, qərb bölgələri, Şirvan və Qarabağda ayrı-ayrı şəhərlərin Bakı ilə müqayisə olunan səviyyədə inkişaf etdirilməsi üçün xüsusi dövlət proqramları hazırlanıb həyata keçirilə bilər”.Konkret.az