TƏCİLİ çağırış edildi: "Bakıdan köçün, çünki..."
Ekologiya.az xəbər verir ki, bu sözləri tanınmış hüquqşünas Əkrəm Həsənov deyib.
Onun sözlərinə görə, paytaxtda yaşayan sadə vətəndaşların maddi vəziyyəti pisləşdikcə mülklərini itirmək təhlükəsi ilə üz-üzə qalacaqlar: “Eviniz, mənziliniz, mülkünüz var burada? Bəs borcunuz var? Varsa, əvvəl-axır borca görə dəyər-dəyməzə verəcəksiz mülkünüzü. İndi baha satın heç olmasa. Hazırda borcunuz yoxdursa, mütləq olacaq, çünki maddi vəziyyətiniz get-gedə daha da pisləşəcək. Bakı onsuz da sizlik şəhər deyil. Bura zənginlərin şəhəri kimi ehtiva edilir. Satmayacaqsız? Sizdən soruşan kimdir ki?! Şəhərdə artıq xeyli binaları tikinti şirkətləri şəhər başçısının qanunsuz sərəncamları əsasında söküblər və sökməyə də davam edirlər. Məhkəmələr də bu haqsızlığa haqq qazandırır”.
Hüquqşünas vətəndaşlara Bakını tərk edib rayonlara üz tutmağı və orada birləşməyi məsləhət görüb: “Hara köçəsiz? Rayonlara. Birləşin və rayonlarda birgə kənd təsərrüfatları yaradın. Bilirəm ki, çətindir. Amma Bakıda yaşamaq bundan da çətin olacaq get-gedə. Uzaqbaşı zənginlərin hambalı olacaqsız burada. Ta o vaxta kimi ki, Xəzər dənizinin quruması burada zənginlərin də həyatını mümkünsüz edəcək və xaricə köçəcəklər. Bakı isə ondan sonra dünyanın ən böyük muzey-şəhəri olar yəqin. Və bu muzey necə yaşamamaq üzrə dünyaya ibrət olar. Bom-boş yeraltı metro stansiyaları daxil”. /KONKRET.az/