Tam versiya
Ana səhifə CƏMİYYƏT Samux rayonunda ağacəkmə aksiyası keçirilib/FOTO
CƏMİYYƏT

Samux rayonunda ağacəkmə aksiyası keçirilib/FOTO


"Türk dövlətləri milli ağaclandırma günü" münasibətilə Samux rayonunda da ağacəkmə aksiyası təşkil edilib.

Ekologiya.az-ın xəbərinə görə, rayon icra hakimiyyətinin təşəbbüsü ilə Samux-Kür yolu ərazisində ağacəkmə askiyası keçirilib.

Samux Rayon İcra Hakimiyyətinin başçısının, Türkiyənin Gəncədəki baş konsulunun, 14 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin, Gənclər və İdman İdarəsinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının və şəhid ailələrinin iştirakı ilə keçirilən ağacəkmə aksiyasında 2 hektar sahədə yerli iqlim şəraitinə uyğun 1111 ədəd Eldar şamı əkilib.














Paylaş:
Tam mətni oxu →