Tam versiya
Ana səhifə CƏMİYYƏT Azərbaycan və Slovakiya arasında ekoloji əməkdaşlıq müzakirə olunub-FOTO
CƏMİYYƏT

Azərbaycan və Slovakiya arasında ekoloji əməkdaşlıq müzakirə olunub-FOTO


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Slovakiya Respublikasının Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Tarabani qəbul edib.

Ekologiya.az bildirir ki, görüşdə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Rəşad İsmayılov da iştirak edib. Görüş zamanı ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyəti vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Azərbaycanda keçirilməsinin önəmi qeyd olunaraq, bu mötəbər beynəlxalq tədbirin ölkəmiz üçün əhəmiyyəti 

diqqətə çatdırılıb.



Paylaş:
Tam mətni oxu →