Tam versiya
Ana səhifə CƏMİYYƏT 4 saylı RETSİ-də bayram günlərində də fasiləsiz xidmət davam edir-FOTO
CƏMİYYƏT

4 saylı RETSİ-də bayram günlərində də fasiləsiz xidmət davam edir-FOTO


4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Qurban bayramı günlərində də fəaliyyətlərini fasiləsiz şəkildə davam etdirirlər

Ekologiya.az-ın əməkdaşlarının apardığı müşahidələr zamanı məlum olub ki, idarənin əməkdaşları ətraf mühitin mühafizəsi istiqamətində mütəmadi reydlər və nəzarət tədbirləri həyata keçirirlər.

Daxil olan müraciət və məlumatlar operativ qaydada araşdırılır, aşkar olunan qanun pozuntuları ilə bağlı müvafiq tədbirlər görülür. Bayram günləri olmasına baxmayaraq, idarənin fəaliyyəti dayandırılmayıb və əməkdaşlar xidmətlərini davam etdirirlər.

Məsələ ilə bağlı 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Asif Məcidovla əlaqə saxladıq. İdarə rəisi bildirdi ki, verilən tapşırıqlar vaxtında və yüksək məsuliyyətlə icra olunur.

“Asudə və bayram günlərindən asılı olmayaraq, ətraf mühitin mühafizəsi daim diqqət mərkəzimizdədir. Əməkdaşlarımız fasiləsiz xidmət aparır, daxil olan məlumatlar operativ şəkildə araşdırılır və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür”, – deyə Asif Məcidov vurğulayıb.

Qeyd edək ki, bayram günlərində təbiətin qorunması, yaşıllıqların mühafizəsi, qanunsuz ov və ağackəsmə hallarının qarşısının alınması istiqamətində DETX-nin əməkdaşları tərəfindən ölkə ərazisində nəzarət tədbirləri daha da gücləndirilib.


Paylaş:
Tam mətni oxu →