Tam versiya
Ana səhifə CƏMİYYƏT Sumqaytda yanacaq maşınının qatarla toqquşması ilə bağlı Şəhər Yanğından Mühafizə İdarəsi açıqlama yaydı/VİDEO
CƏMİYYƏT

Sumqaytda yanacaq maşınının qatarla toqquşması ilə bağlı Şəhər Yanğından Mühafizə İdarəsi açıqlama yaydı/VİDEO


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yanacaq daşıyan avtomobil ilə qatarın toqquşması barədə məlumat daxil olub.

Ekologiya.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Baş vermiş qəza zamanı yanacaq daşıyan avtomobildən ətrafa dağılan yanacaq təhlükəsizlik tədbirləri çərçivəsində yuyularaq mümkün yanğın təhlükəsi aradan qaldırılıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


Paylaş:
Tam mətni oxu →